Etibar Hüseynovun qızı işdən çıxarıldı? - Xəzər TV-dən açıqlama

Milli Məclisin sabiq deputatı Etibar Hüseynovun qızı Maral Hüseynova işdən çıxarılıb.

Eks deputat Etibar Hüseynovun qızı, Maral Hüseynova çalışdığı Xəzər TV-dən işdən çıxarılıb.

Telekanaldan bizimyol.info-ya verilən məlumata görə, Maral Hüseynova xəbərlər xidmətində çalışıb və o, telekanalda gedən dəyişiklik səbəbindən, bir neçə gün bundan əvvəl işdən çıxarılıb.

Xəzər televiziyasının mətbuat xidmətinin rəhbəri Aqşin Kamal məsələ ilə bağlı AzNews.az-a açıqlamasında TV-də Maral Hüseynova adlı əməkdaşın çalışmadığını deyib.

MediaFax