Eskalatorlar niyə yaxşı işləmir? - Video

2016-cı ilin ilk 6 ayında Bakıda 191 yol nəqliyyat hadisəsi baş verib.
 
Yol qəzalarının qurbanları isə daha çox piyadalardır. Paytaxtda  qeydə alınan avtoqəzalarda 48 piyada həlak olub, 156 nəfərsə yaralanıb. 

Bu statistikanı verməyimiz təsadüfi deyil. Qəzaların önlənməsi üçün inşa edilən yerüstü və yeraltı piyada keçidlərindən söhbət açacağıq. Təhlükəli yollardan canını qurtarmaq istəyənlərin üz tutduqları piyada keçidləri də təhlükə mənbəyinə çevrilib.

Çalışmayan eskalatorlardan bir neçəsi paytaxtın izdihamlı yollarından sayılan Rəşid Behbudov və Füzuli küçələrində quraşdırılıb.  Funksiyasını yerinə yetirməyən eskalatorlar günün 24 saatı demək olar ki, pilləkən xarakteri daşıyır. Odur ki, bəzi piyadalar belə vəziyyətdə təhlükəli də olsa, avtomobil yoluna üz tuturlar. 

Məsələ ilə bağlı "Azəravtoyol"dan verilən məlumata görə, yeraltı piyada keçidinin fəaliyyətindən özəl şirkətlərdən biri cavabdehdir və eskalatorlara nəzarəti də sözügedən şirkətin nümayəndələri etməlidirlər. Sözügedən nümayəndəni isə hələ ki, görən olmayıb./Region TV/
 

MediaFax