Ermənistanın pilotsuz uçan aparatı vuruldu - Cəbhədən xəbər

Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

MediaFax