Ermənilər çobanlarımızı atəşə tutdu

Ermənilər cəbhə bölgəsində çobanları atəşə tutub

Erməni silahlı birləşmələri cəbhədə təxribat törətməkdə davam edir.
 
Ermənilər son günlər Goranboyun Tapqaraqoyunlu kəndini mütəmadi atəşə tutur.
 
Atəşə məruz qalanlar isə əsasən mülki obyektlərdir. Belə ki, işğalçıların mal-qara otaran çobanları atəşə tutması nəticəsində kənd sakini Behbud Aslanova məxsus 1 baş iribuynuzlu heyvan tələf olub.

MediaFax