Erməni hərbçiləri Qarabağa aparan avtobus yandı - FOTO

Dekabrın 23-də Ermənistanın Ararat vilayətinin Erasxavan kəndi ərazisində avtobus yanıb.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, Yerevan-Erasx yolunun 69-cu kilometrliyində yanan "Mitsubishi Rosa” markalı avtobusla erməni əsgərlərin Dağlıq Qarabağa apardığı məlum olub.
 

Avtobus tamamilə yansa da, hərbçilər arasında xəsarət alanların olmadığı bildirilir.

MediaFax