Əri qadını belə xilas etdi - Video

Çinin Şensi vilayətində əri ilə dalaşan qadın özünü çoxmərtəbəli binanın damından atmaq istəyib.
 
Yaşadığı binanın damına çıxıb intihar etmək istəyən qadını əri xilas edib.
 
Bu barədə South China Morning Post məlumat yayıb.

Həyat yoldaşı onun saçından yapışıb və 3 dəqiqəyə qədər qadın saçından asılı vəziyyətdə qalıb. Həm də qadını xilas etmək onun ilişib qaldığı boruya görə olub.
 
Polislər özlərini yetirərək intihar etmək istəyən qadını xilas etməkdə ərinə kömək ediblər.

Polis zabiti Çzo Yuyun sözlərinə görə, əgər onlar yetişməsəydilər qadını xilas etmək mümkün olmayacaqdı.

"Əgər biz bir neçə saniyəyə geciksəydik və ya kişi yapışdığı saçları bir qədər də tutub saxlaya bilməsəydi, qadını xilas etmək, ehtimal ki, artıq mümkün olmayacaqdı”, - deyə polis zabiti qeyd edib./virtualaz.org/
 

MediaFax