Ərdoğanı təriflədi, tənqid olundu

Alman aktrisa Vilma Elles  Almaniyanın ictimai televiziya kanalı ARD-də yayımlanan "Hart aber fair" adlı müzakirə proqramında prezidenti Rəcəb Tayyib Ərdoğanı müdafiə etdiyi üçün tənqidlərə məruz qalıb. 

Türkiyə mətbuatı xəbər verir ki, "Almaniya üzərindəki hilal- Ölkəmiz Ərdoğana nə qədər dözə bilər?” mövzulu proqramda aktrisa alman mediasını Türkiyə haqqında yanlış və tək yönlü məlumatlar yaydığı üçün qınayıb. Almaniya ilə Türkiyənin iki dost ölkə olduğunu ifadə edən Ellesin prezident Ərdoğanı tərifləməsi qonaqlar arasında narazılıq yaradıb.

Aktrisa "Ərdoğan qədər çox çalışan kimsə yoxdur, körpülər, yollar açır" deyincə, Rheinland Pfalz əyalətinin baş naziri Malu Dreyer gülümsəyib. Die Welt qəzeti də Vilma üçün "Alman Martian" və "Ankaranın PR bölümündən göndərilmiş" ifadələrini istifadə edib.

Qeyd edək ki, Vilma Elles həm alman, həm də türk vətəndaşıdır. O, "Öyle bir geçer zaman ki” serialında canlandırdığı Karolin obrazı ilə Türkiyədə məşhurlaşıb./musavat.com/  

MediaFax