Ərdoğandan maraqlı addım - Dollar hesabını lirəyə çevirdi

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ prezident Rəcəb Tayyib Ərdoğanın dollar hesabının lirəyə çevrildiyini açıqlayıb.

CHP sədri Kamal Kılıçdaroğlunun Ərdoğanın Albaraka Türk Bankında 200 min dollar hesabı olduğunu iddia etməsindən sonra ədliyyə naziri Bəkir Bozdağ bu iddiaya cavab verib.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə ədliyyə naziri Bəkir Bozdağ Ərdoğanın bankdakı pulunu lirəyə çevirdiyini deyərək bank sənədlərini Kılıçdaroğluya təqdim edib.

Xatırladaq ki, parlamentdə davam edən büdcə müzakirələri zamanı CHP sədri Kılıçdaroğlu Ərdoğanın bankda 200 min dolları olduğunu iddia etmiş və "Bu pulu TL-yə çeviribmi görəsən?” deyə soruşmuşdu./avropa.info/

MediaFax