Ərdoğan təsdiqlədi - Referendum olacaq

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Konstitusiya dəyişiklikləri təklifini imzalayıb.

Türkiyə KİV-ləri xəbər verir ki, baş nazirin müavini Numan Kurtulmuş verdiyi bəyanatda seçkilərin tarixini də açıqlayıb: "Prezidentimizin Konstitusiyaya dəyişiklik qanununu təsdiq etməsindən sonra gözlər Mərkəzi Seçki Komissiyasındadır. Mərkəzi Seçki Komissiyası, yəqin ki, 16 aprel tarixini uyğun görərək 60 gün ərzində seçki keçirilməsi ilə bağlı qərarını yaxın günlərdə verəcək”.

Ötən gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ referendumun aprelin 16-da keçiriləcəyi ehtimalını irəli sürmüşdü./aznews.az/

MediaFax