Ərdoğan Minskdə məscid açdı

Belarusda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Minskdə məscidin açılışında iştirak edib.

"Haber 7" qəzetinin məlumatına görə, mərasimə Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və dini işlər naziri Mehmet Görmez də qatılıb.

54 il öncə - 1962-ci ildə sovet rejimi tərəfindən dağıdılan məscidin 2014-cü ildə Türkiyə Diyanət Vəqfinin 7 milyon dollarlıq maliyyə dəstəyi ilə inşasına başlanıb.

Minsk məscidində 2500 nəfər eyni vaxtda ibadət edə biləcək./virtualaz.org/

MediaFax