Ərdoğandan Azərbaycan bayrağı ilə bağlı Qərar

"Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin bayrağından başqa heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan bayraqları mitinqdə dalğalana bilər”.
 
"Hürriyet” nəşrinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamlarının toplantısında çıxışında deyib. Prezident bildirib ki, bütün mitinqlərdə Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan bayraqlarını qaldırılır: "Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur". 

Qeyd edək ki, avqustun 7-də İstanbulda hakimiyyət çevirilişi zamanı şəhid olanlarına xatirəsinə həsr edilmiş demokratiya mitinqi keçiriləcək. Ölkənin bütün partiya liderləri, siyasətçiləri, ictimai xadimləri, iş adamları, sənətçiləri mitinqə dəvət olunub./apa.az/

MediaFax