Ər-arvad sosial şəbəkədə biabır oldu - Video

"İcazəmiz və xəbərimiz olmadan niyə videomuzu çəkib paylaşıblar?! Özəl həyat hüququmuz pozulub. Hər kəsin başına iş gələ bilər. O adamı məhkəməyə verəcəyəm".

Amerikalı Karla Hers və əri sosial şəbəkələrdə rüsvay olduqlarını deyirlər.
 
 
"WREG news" bildirir ki, Karla Hers əri ilə birlikdə heroin qəbul edəndən sonra maşından düşüblər və səkiyə yıxılaraq qıvrılmağa başlayıblar.

Olay ABŞ-ın Tennesi ştatındakı Memfis şəhərində, "Pauline Street" və "Eastmoreland Avenue"nun kəsişməsində yaşanıb.

Yerdə qıvrılan narkoman ərlə arvadı Kurtland Qarner adlı şəhər sakini smartfonla çəkib və Facebook Live vasitəsilə Facebook-da paylaşıb.

Hadisə yerinə çağırılmış təcili yardım heyəti 59 yaşlı Karla Herslə ərini klinikaya aparıb.

Karla Hers indiyədək dəfələrlə məhkum olunub./milli.az/
 
Mediafax.Az "youtube" portalına istinadən videonu təqdim edir:


MediaFax