Ən varlı ölkələr - Siyahıda Türkiyə də var

2050-ci ildə dünyanın ən zəngin ölkələrinin siyahısı hazırlanıb.

Yaxın 30 ildə dünyanın əı varlı ölkələrinin siyahısı  hazırlanıb. Həyata keçirilən sorğu nəticəsində 15 ölkə arasında Türkiyədə yer alıb.

Therichest.com xəbər verir ki, 2050-ci ilin ən varlı ölkələrinin  siyahısı hazırlanıb. Siyahı hazırlanarkən  təhsil, demokratik dəyərlər, doğum səviyyəsi, qanunun aliliyi və sair kimi kriteriyalar əsas götürülüb.
 
Həmin varlı ölkələrin siyahısını təqdim edirik:

1-ci yerdə Çin qərarlaşıb və onun 2050-ci ildə milli gəlirinin 25,33 trilyon dollar olacağı ehtimal edilir.
2-yeri ABŞ tutur və onun milli gəliri 22,27 trilyon dollar olacaq.
3-cü yerdə Hindistandır ki, milli gəliri 8,17 trilyon dollar,
4-cü yerdə Yaponiya  qərarlaşıb və milli gəliri 6,43 trilyon dollar olacağı ehtimal olunur.
5-ci yerdə  Almaniyadır və  milli gəliri 3,71 trilyon dollar,
6-ci yerdə İngiltərə və onun milli gəliri, 3,58 trilyon dollar,
7-ci Braziliyadır ki, milli gəliri 2,96  trilyon dollar,
8-ci Meksikadır və milli gəliri 2,81 trilyon dollar,
9-cu yerdə  Fransa, milli gəliri 2,75 trilyon dollar,
10-cu yerdə Kanadadır və milli gəliri 2,29 trilyon dollardır,
11-ci yeri İtaliya bölüşür ki, milli gəliri 2,19 trilyon dollar,
12-ci yerdə Türkiyədir ki, milli gəliri 2,15 trilyon dollar təşkil edəcək.
13-cü yerdə Cənubi Koreyadır və milli gəliri 2,06 trilyon dollar,
14-cü yerdə İspaniya qərarlaşıb ki, milli gəliri 1,95 trilyon dollar,
15-ci yerdə Rusiyadır ki, milli gəliri 1,87 trilyon dollar təşkil edəcək./gununsesi.info/

MediaFax