Elza qonaqlıq verməyə hazırlaşır

Əməkdar artist Elza Seyidcahan qonaqlıq verəcək. 

Bu haqda axşam.az-a müğənninin özü xəbər verib. O bildirib ki, yeni doğulan nəvəsi Səmərrux üçün şəhər restoranlarından birində baş tutacaq məclisdə sənət aləminin tanınmış simaları iştirak edəcəklər. 

Qonaqlıq sabah axşam baş tutacaq. 

Qeyd edək ki, Səmərrux E.Seyidcahanın qızı Gülşənin övladıdır.

MediaFax