Ələt-Astara magistralı açıldı - Yenilənib

11:37 
 
Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində "Ford” markalı minik avtomobili ilə ZİL markalı benzin daşıyan maşınla toqquşub.
 
Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb. 
 
Hazırda Ələt-Astara magistralı bağlanıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.
 
----------------
13:19 
 
Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhərindən keçən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.
 
Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının hadisə yerinə cəlb olunmuş əməkdaşları, yanğınsöndürənlər yanacaq daşıyan avtomobilin aşması nəticəsində yola dağılmış yanacağı təmizləyiblər.
 
Yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
 
Qeyd edək ki, bu gün saat 11.00 radələrində Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakini, 1979-cu il təvəllüdlü Ravil Baxışovun idarə etdiyi "Ford” markalı, 10 SH 159 dövlət nömrə nişanlı avtomobillə Cəlilabad rayon sakini, 1966-cı il təvəllüdlü Tərlan İslamovun idarə etdiyi ZİL markalı yanacaq daşıyan maşınla toqquşub.
 
Güclü zərbədən ZİL markalı maşın aşıb, yanacaq yola dağılıb.
 
Qəza nəticəsində "Ford”un xəsarət almış sürücüsü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. ZİL-in sürücüsü isə yüngül xəsarət alıb./APA/

MediaFax