Ələkbər Kazımovski vəfat etdi - Restoranda

Dövlət Musiqili Teatrının aktrisası Nahidə Orucovanın şad günü yasa çevrilib. 

Mediafax.Az xəbər verir ki, bu saatlarda aktirisanın Bakıdakı restoranlardan birində doğum gününü qeyd etdiyi zaman məhşur rejissor Ələkbər Kazımovski qəfil dünyasını dəyişib.

Sənət adamlarının verdiyi məlumata görə, məclis başlamamışdan əvvəl rejissorun halı pisləşib və oradaca keçinib. Təcili yardım çağrılsa da  rejissoru həyata qaytarmaq mümkün olmayıb. 

Qeyd edək ki, Ə.Kazımovski uzuan müddət AzTv-də çalışıb. Son zamanlar isə ANS telekanalında işləyirdi.

O, məhşur rejissor Rauf Kazımovskinin oğlu idi.

MediaFax