Ələkbər Kazımovski ilə vida mərasimi keçirilir

Mərhum rejissor, Əməkdar incəsənət xadimi Ələkbər Kazımovski "Qurd qapısı" qəbirstanlığında dəfn olunacaq.

Mediafax.Az xəbər verir ki, bu saatlarda  "Təzə Pir” məscidində mərhumla vida mərasimi keçirilir.

Xatırladaq ki, rejissir sentyabrın 19-da Əməkdar artist Nahidə Orucovanın yubileyində qəflətən halı pisləşib və elə oradaca dünyasını dəyişib.

MediaFax