Əfsanəvi qapıçı vəfat etdi

SSRİ yığma komandasının və Kiyevin "Dinamo” klubunun əfsanəvi qapıçısı Viktor Çanov 58 yaşında vəfat edib.
 
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Çanov 8 il (1982-1990) şərəfini qoruduğu Kiyevin "Dinamo” klubunun heyətində 3 dəfə SSRİ çempionu, 4 dəfə SSRİ Kuboku və Kuboklar Kubokunun qalibi olub.
 
O, həmçinin, 1988-ci il Avropa çempionatının gümüş mükafatçısı adını da qazanıb.

MediaFax