Ebru azərbaycanlı ərindən heç nə istəmir, ondan başqa...

Altı il evli qaldığı azərbaycanlı iş adamı Rza Zərrabla boşanmaya qərar verən məşhur sənətçi Ebru Gündeşin heç bir tələb irəli sürmədiyi bəlli olub.
 
Türkiyə mediası xəbər verir ki, müğənni altı aydır ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulması ittihamları ilə  həbsdə olan ərindən yalnız qızları Alaranı istəyir.

Ebru Gündüşin vəkili deyib ki, tərəflər evlənmədən əvvəl evlilik müqaviləsi imzalamışdılar. 

"O üzdən boşanma mərhələsində iki tərəf də mal tələb etməyəcək. Bundan başqa, Ebru Gündeş özü və qızı üçün aliment də tələb etməyib”.

Boşanmaqla bağlı qərarından sonra danışmayan müğənni səhnə fəaliyyətinə davam edəcək./modern.az/

MediaFax