Rəqibi Tramp haqqında fikrini dəyişdi

Massaçusets ştatının sabiq qubernatoru Mit Romni ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haqda müsbət fikir bildirib.

Romni Trampla nahardan sonra fikrini dəyişib.

"Düşünürəm ki, Amerika bu yüzillikdə də liderlik etməyə davam edəcək. Tramp məhz o, adamdır ki, bizi daha yaxşı gələcəyə gətirə bilər” – Romni belə deyib.

Xatırladaq ki, prezident kampaniyası çərçivəsində Romni dəfələrlə Trampı tənqid və təhqir etmiş, onu dələduz, fırıldaqçı adlandırmışdı. Bundan əlavə bu iki şəxsin siyasətə baxışları da fərqlidir. Tramp bəyan etmişdi ki, Vaşinqton terrorizm məsələsində Moskva ilə əməkdaşlıq etməlidir. Romni isə Rusiyanı Amerikanın bir nömrəli geosiyasi düşməni adlandırırdı./avropa.info/

MediaFax