Dünyanın gözlədiyi Suriya qərarı açıqlandı

Qazaxıstanın paytaxtı Astanada tarixi Suriya zirvəsi başa çatıb. 

Moskva, Ankara və Tehranın vasitəçiliyi ilə rəsmi Dəməşq və silahlı Suriya müxalifəti arasında baş tutan görüşün ikinci günündə anlaşma əldə edilib. 

Türkiyə, Rusiya və İran üçtərəfli atəşkəs mexanizmi üçün razılıq əldə edib. Bütün dünyaya elan edilən ortaq sənəddə hər 3 ölkə daxili savaşın hərbi yolla başa çatmayacağına dair ortaq fikirdə olduğunu elan edib. Belə ki, bu ölkələr atəşkəsin pozulması hallarını ortaq mexanizmlə izləyib, silahların susmasını təmin edəcəklər. 

Bundan başqa, hər üç ölkə İŞİD və Nusra terror təşkilatlarına qarşı ortaq mübarizə qərarı alıblar. 

Danışıqlarda iştirak edən müxalifətin sözçüsü Yahya el-Aridi isə yekun bəyannaməni imzalamağı düşünmədiklərini açıqlayıb. Müxalifət, həmçinin İranın Suriyaya daxil etdiyi şiə milislərinin ölkəni tərk etməsini və 13 min qadın məhkumun azadlığa çıxarılmasını tələb edib./qafqazinfo.az/

MediaFax