Dünyanın ən qorxulu məkanı bu ölkədə imiş

Rumıniyadakı Transilvaniya meşələri dünyanın ən qorxulu yeri adlandırılıb.

"9gag” nəşri xəbər verir ki, bu meşələri Rumıniyanın "Bermud üçbucağı” da adlandırırlar. Xoyya-Baçu meşəsi "Dünyanın 18 dəhşətli məkanı” reytinqinə başçılıq edir. Bu məkan haqqında gəzən əfsanə və rəvayətlərdə itkin düşənlərdən, mobil telefonların qəflətən işləməməsindən və yadplanetlilərin izlərindən danışılır.

Reytinqdə ikinci yeri Fransadakı Oradur-sür-Qlan qəsəbəsi tutub. 1940-cı illərdə alman faşistləri burada bütün sakinləri yandıraraq qətlə yetiriblər. İndi orada ölənlərin ruhlarının tez-tez rastlandığı deyilir.

Maraqlıdır ki, Türkmənistandakı "Cəhənnəm qapısı” da bu siyahıya daxil edilib./virtualaz.org/

MediaFax