Dünyanın ən az yatan canlısı - Maraqlı

Fillər dünyanın ən az yatan canlısı elan olunub.
 
Fillər gündə 2 saat yatırlar və bu zaman yuxusuzluqdan əziyyət çəkmirlər.
 
"Zooparklarda  fillər 4-6 saat yatırlar, amma biz onları vəhşi təbitədə izləmişik. Onlar təbitədə 2 saat yatırlar və ən az yatan məməli heyvan sayılırlar. Ola bilsin ki, bu onların nəhəng gövdələri ilə bağlıdır. Həm ədə fillər 3-4 gündən bir yuxu görürlər” - deyə Yohannesburqdakı Vitvatersranda universitetinin əməkdaşı Pol Manqer məlumat verib.
 
Manqerin məlumatına görə, fillər həm ayaqüstü, həm də uzanmış vəziyyətdə yatırlar. Fillər Günəşin çıxmağına bir neçə saat qalmış oyanır. Ehtimal olunur ki, bu yuxu fazası ilə deyil, havadakı rütubət və temperaturla bağlıdır./modern.az/

MediaFax