Sabirabadda qanunsuz ov edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 10-da Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində rayon sakini Ağamoğlan Muxtarov qanunsuz ov etdiyi üçün RPŞ əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "İJ-17" markalı ov tüfəngi və 8 ədəd dovşan götürülüb.
MediaFax