Dolları və avronu bu banklarda dəyişsəniz... - Ən sərfəli qiymətlər

Noyabr ayının 28-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank "Amrahbank” və "Turanbank”dır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.7875 manata alır.

Dolları ən aşağı qiymətə alan bank  isə "Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1. 6510 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə "Azər-Türk Bank”dır -1.7820 manat. Ancaq bu bank bu gün valyuta satmır. Digər bankların əksəriyyətində  ABŞ valyutasını 1.7880 manata satılır.  
 
Dolların ən yüksək satış qiyməti də  1.7882 manatdır. Bu gün "Yapı Kredi Bank” ABŞ valyutasını bu məzənnə ilə satır.

Bu gün avronu ən baha  satış qiyməti 1.9064 manatdır. Ancaq həmin məzənnəni tətbiq edən banklarda valyuta satışı dayandırılıb. Beləliklə, banklarda avronun ən yüksək satış qiyməti 1.9060 manatdır. Avronu ən ucuz  "Azərpoçt” satır -1.9000 manat.
Avronu  ən ucuz alan isə"Yapı Kredi Bank”dir  -1.7600 manat.    Avropa valyutasını ən baha alan isə "Amrahbank”dır. Bu bankda 1 avro  1.9000 manata alınır. 

MediaFax