Təhsil Nazirliyi Azərbaycanda orta məktəb dərsliklərinin satışa çıxarılması məsələsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov sorğumuza cavab olaraq bunun yalan informasiya olduğunu deyib:
"Azərbaycanda orta ümumtəhsil müəssisələrində şagirdlərin istifadəsi üçün nəzərdə tutulmuş bütün dərsliklər pulsuzdur. Nazirlik olaraq valideyn və şagirdlərə müraciət etmişdik ki, sentyabrın 5-nə qədər dərslikləri məktəblərdən təhvil götürsünlər. Amma müşahidə edirik ki, ayrı-ayrı məktəblərdə şagirdlərin kitabları təhvil alması ilə bağlı gecikmələr var. Uşaqlar və valideynlər müvafiq olaraq öz yerlərində olmurlar. Yaxud istirahətdən hələ qayıtmayıblar”.
C.Valehov məktəblərdə paylanan dərsliklərin yararsız olması barədəki iddiaları belə izah edib:
"Dövlətin müəyyən etdiyi standart var. Standart budur ki, bir dərslik 4 il istifadə olunmalıdır. Bu indi də belədir, ötən il də, 10 il əvvəl də belə idi. Hər dərsliyi hər il yenidən çap etmək mümkün deyil. Çünki, bütün dünyada dərsliklərin istifadə müddəti müəyyən olunub. Ona görə biz də şagirdlərdən xahiş edirik ki, dərsliklərlə yaxşı davransınlar. Həm də bu, bir mədəniyyət işidir”./modern.az/
MediaFax