Deputatlığa namizəd olan azərbaycanlı Efirdə əlbəyaxa oldu

Gürcüstanda "Nino Burdjanadze –Demokratik hərəkat” partiyasından deputatlığa namizəd Vepxiya Qurqenişvili rəqibi ilə canlı efirdə əlbəyaxa olub.

Dava Qurqenişvili ilə Marneulidən olan rəqibi azərbaycanlı Polad Xəlilov arasında baş verib. Xəlilov parlament seçkilərinə "Topadze –Sənayeçilər, Bizim vətən” blokundan qatılacaq.

İnsident Xəlilovun Qurqenişviliyə qələm tullamasından sonra başlayıb. Aparıcı yayımı yarıda kəsərək tamaşaçılardan üzr istəməli olub./qafqazinfo.az/
 

MediaFax