Deputatdan humanist addım

Bu il qəbul imtahanında iştirak edib 324 balla jurnalistika fakultəsinə qəbul olunan gözdən əlil Xətai Azayev haqda xəbər vermişdik.
 
O qabiliyyət imtahanında da uğurla iştirak edərək BDU-nun jurnalistika fakultəsinə qəbul olunub.

Bu gün saytımız Xətai Azayevlə bağlı maraqlı məlumat əldə edib. Saytımıza verilən məlumata görə, Xətai Azayev universitetə qəbul olunduqdan sonra, deputat Qənirə Paşayeva onların ailəsinə baş çəkib və Xətainin uğur qazanmasına görə onu təbrik edib. Xanım deputat eyni zamanda gözdən əlil tələbənin müalicə və əməliyyat olunması üçün, ona köməklik göstərərək, bütün xərcləri öz üzərinə götürəcəyini bildirib. 



Tələbə adı qazanan görmə əngəlli Xətai Azayev saytımıza açıqlamasında məlumatı təsdiq edib.

"Hələki universitetə getməyə hazırlaşıram. Nə vaxt müalicəyə başlanacaq və ya nə vaxt əməliyyat olunacam, o barədə qərar veriləcək. İnşallah necə qəbul olunmuşamsa, elə də uğurla təhsil alıb, universiteti bitirərəm. Qənirə xanıma da təşəkkür edirəm.

Qeyd edək ki, jurnalistikaya qabiliyyət imtahanları zamanı Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov da Xətai Azayevlə tanış olmuşdu./bizimyol.info/

MediaFax