Deputatdan həmkarına irad: “Məntiqsizdir...”

Millət vəkili Çingiz Qənizadə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Baş Prokurorluğun tərkibindən çıxarılaraq birbaşa prezidentə tabe edilməsi ilə bağlı Milli Məclisdə səsləndirilən təklifə münasibət bildirib.

Ç. Qənizadə saytımıza açıqlamasında qeyd edib ki, həmkarı Fərəc Quliyev parlamentin bugünkü iclasında belə bir təkliflə çıxış edib: "Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Baş Prokurorluğunun nəzdində fəaliyyət göstərir. Baş Prokurorluq özü də birbaşa prezidentə tabe olan qurumdur. Belə olan halda Baş Prokurorluğun nəzdində olan bir idarənin birbaşa prezidentə tabe olmasını təklif etmək məntiqsizlikdir. Həmkarım bunu prokurorluq orqanlarının özündə korrupsiya hallarının olması ilə əlaqələndirib. Prokurorluq orqanlarında korrupsiyanın olması yanlışdır. Bu gün prokurorluq orqanlarında istər işə qəbul, istərsə də kadr təyinatında şəffaflıq mövcuddur. Bunu da hər kəs bilir. Millət vəkilləri hansısa dövlət qurumunun fəaliyyəti ilə bağlı fikirlər ifadə edəndə mütləq düşünməlidirlər”./qafqazinfo.az/

MediaFax