Deputat pensiyalara ediləcək dəyişikliklərin anonsunu verdi

Azərbaycanda yaxın zamanlarda pensiyalarla bağlı qanunvericiliyə  növbəti ciddi dəyişikliklərin ediləcəyi nəzərdə tutulur.

Bu haqda saytımıza açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Hələlik bu məsələ haqda geniş danışmaq istəmədiyini desə də, komitə sədri eyni zamanda, pensiyalarla bağlı qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını söyləyib: "Zamanı gələndə bu barədə daha müfəssəl məlumat veriləcək. Ona görə də indidən bu barədə geniş danışmaq istəmirəm".

Bununla yanaşı, komitə sədri "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna da dıyişikliklərin ediləcəyini bildirib. "Bu məsələnin də yaxın zamanlarda müzakirəyə çıxarılması, sonra isə plenar iclasa tövsiyə edilərək qəbulu gözlənilir. Burada da çox vacib məsələlər var”-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib./gununsesi.info/

MediaFax