Dəmirtaş Ədirnə həbsxanasına yerləşdirildi

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Ədirnə şəhər həbsxanasına yerləşdirilib.
 
"Anadolu” agentliyinin verdiyi xəbərə görə, terror istintaqı çərçivəsində həbs olunan S.Dəmirtaş  İstanbula, sonra helikopterlə Ədirnəyə gətirilib.
 
S.Dəmirtaş həbsxanaya yerləşdirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
 
Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında həbs qətimkan tədbiri seçilib.

MediaFax