“Dəmirci Tower”də güllələnib öldürülən şəxsin kimliyi bilindi - YENİLƏNİB

14:19

Bakıda "Dəmirci Tower”də silahlı insident baş verib.
 
Hadisə binanın üçüncü mərtəbəsində İraq Hava Yollarının ofisində baş verib.
 
Bir nəfərin qətlə yetirildiyi bildirilir.
 
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ərazidədir.
 
=====
14:38
 
Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.
 
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.
 
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.

MediaFax