Dayanacaqda gözləyən yaşlı qadını avtobus vurdu - Bakıda

Bakıda sərnişin avtobusu dayanacaqda gözləyən ahıl qadını vurub.
 
"Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun "Koroğlu” stansiyasının yaxınlığında dayanacaqda sərnişin avtobusunu gözləyən 65 yaşlı

Umarova Xaisə Umar qızı səkidən aşağı enərkən 184 nömrəli xətt üzrə işləyən avtobus onu vurub.

X.Umarova ağır kəllə-beyin travması alıb. Ahıl qadın polis əməkdaşları tərəfindən 3 saylı Şəhər Klinik

Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

MediaFax