Daha bir “Qarabağ” parkı açılacaq - Türkiyədə

Boluda "Azərbaycan-Qarabağ" parkı açılacaq.

2600 kv.m sahədə Bolu bələdiyyəsi tərəfindən yaradılan park fevralın 22-də açılacaq.

Açılış mərasimində Azərbaycanın millət vəkili Qənirə Paşayeva iştirak edəcək.

Parkda Qarabağın simvolu olan xarıbülbül çiçəyinin heykəli də qoyulub. 4 metr hündürlüyü olan bu abidənin memarı Akif Əsgərovdur./trend.az/

MediaFax