Coşqun əməliyyat olunub - Foto

Əməkdar artist, tanınmış aktyor Coşqun Rəhimov əməliyyat olunub.
 
Bu barədə "Bu şəhərdə” satirik layihəsinin rəhbəri Müşfiq Abbasov məlumat yayıb.
 
Layihə rəhbəri qeyd edib ki, Coşqun Rəhimov Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub: "3 saatlıq əməliyyat uğurla keçib, hər şey yaxşıdır. İnşallah, bu üçüncü əməliyyat elə sonuncu olar”. 
 
Qeyd edək ki, C. Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkir. O, ilk dəfə 2010-cu ildə əməliyyat olunub./APA/
 


MediaFax