Cəbhədə ayaqlarını itirən Sərxan Tahirzadənin toyu oldu

Bu gün Qarabağ qazisi Sərxan Tahirzadənin toyu olub.

Qaziler.az saytı xəbər verir ki,  toy Bakıdakı məşhur şadlıq saraylarından birində keçirilib.

Toyda millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, telejurnalist İlhamiyyə Rza, Qarabağ qazisi Rey Kərimoğlu, siyasətçi Etibar Məmmədov da iştirak ediblər.

Xatırladaq ki, Qarabağ qazisi Sərxan Tahirzadə 2014-cü ilin yayında hər iki ayağını Ağdam cəbhəsində-düşmən təxribatının qarşısını alarkən itirib.

MediaFax