Cavid Hüseynov komandaya qoşuldu

Avropa Liqasının qrup mərhələsinin III turunda "Sent Etyen"ə məğlub olan "Qəbələ" vətənə qayıdaraq Premyer Liqa çərçivəsində qarşılaşacaqları "Sumqayıt"la oyunun hazırlıqlarına başlayıb.

Bu gün baş tutan məşqdə Cavid Hüseynov da iştirak edib.

Əvvəlcə fiziki formasını bərpa etmək üçün fərdi olaraq çalışan yarımmüdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb.
 
Yarımmüdafiəçi "Qəbələ" ilə mövsümün sonunadək müqavilə imzalayıb./futbol11.az/

MediaFax