Cahangir Hacıyevin bacanağına hökm oxundu - 7 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İ. Hidayətzadə 7 il müddətə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki,. Beynəlxalq Bankla əlaqədar başlanan cinayət işi çərçivəsində İsmayıl Hidayətzadə həbs olunub. O, CM-nin 179 .3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilirdi. İ. Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürüb. O, "İntertobakko” MMC-ə rəhbərlik edib. Bu MMC qeyri-rəsmi Cahangir Hacıyevə məxsus olub. İ. Hacızadə C. Hacıyevin bacanağıdır./APA/

MediaFax