Bütün qadınlar sünnət olunmalıdır - Qafqaz müftisi

"Dünyadakı bütün qadınlar sünnət edilməlidir”.
 
Belə bir bəyanatla Şimali Qafqaz Müsəlmanları Mərkəzinin baş koordinatoru İsmail Berdiyev çıxış edib. Bu barədə açıqlama verən İ. Berdiyev deyib ki, dünyada seksualizmin azalması üçün bütüb  qadınları hamısını sünnət etmək lazımdır. Müfti deyib ki, belə bir praktika Dağıstanın bir sıra yaşayış məntəqlərində həyata keçirilir.

Müfti onu da əlavə edib ki, bu islamı qayda olmasa da, seksual meyllərin azalması üçün belə bir praktikanın tətbiqi zəruridir.

Müfti bildirib ki, belə bir qayda tətbiq olunarsa, yaxşı olar: "Çünki qadının əsas vəzifəsi dünyaya uşaq gətirmək, onu tərbiyə etməkdir ki, bu da buna mane olmur”./gununsesi.info/

MediaFax