Bürokratik aparat dağıdılır: 6 oliqarx “ələnib”

İlham Əliyev bürokratik aparatı dağıdır, 6 oliqarx ələnibAzərbaycanda siyasi-iqtisadi islahatlar oliqarxik elitanı sıradan çıxarmaqda davam edir

Bu barədə Politika.Az-a verilən məlumatda qeyd olunur ki, prosesin miqyası genişlənəcək.

Prezident İlham Əliyevin bəzi iri dövlət müəssisələrinin ləğvi ilə bağlı imzaladığı fərmanlar da yüksək çinli məmur korpusunun demontaj olunmasına xidmət edir. 

Eyni zamanda bu fərmanlar yuxarı eşelonda mənzillənmiş bürokratik aparatın məhv edilməsinə yönəlib. Gəlin faktlara nəzər salaq: 

Prezidentin fərmanı ilə ölkənin ən nəhəng şirkəti sayılan SOCAR-ın prezidenti təkbaşına qərar qəbul etmək səlahiyyətini itirib. 

AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb. QSC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin bağlanılması üçün Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət etməlidir

"Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilib. "Bədən tərbiyəsi və idman haqqında" qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb. Hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir. Beləliklə, böyük bir maliyyə axını nazirliyin nəzarətindəın çıxarılıb. 

Bir qədər əvvəl isə Mərkəzi Bankın səlahiyyətlərinin bir qismi Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdi. 

"Azərenerji” ASC-nin səlahiyyətləri də bölünüb. ASC 1 ilə yaxındır yalnız enerji istehsalı ilə məşğul olur. Nəhayət, böyük səlahiyyətlərə sahib olan Nəqliyyat Nazirliyinin indi məhdud səlahiyyətləri qalıb. 

Beləcə, nəqliyyat naziri Ziya Məmmədov, gənclər və idman naziri Azad Rəhimov, "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev, AZAL prezidenti Cahangir Əsgərov, SOCAR prezidenti Rövnəq Abdullayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov islahatlar prosesində ələnib. 

Əslində prezident İlham Əliyevin islahatlar mexanizmi 2011-ci ildən işlək vəziyyətdədir. Dövlət başçısının son 5 ildəki daxili siyasətinə ekskursiya etmiş olsaq, nələrin dəyişdiyini müşahidə etmək olar. 

Təkamül prosesi ilə gedən həmin islahatlar zaman-zaman müxtəlif sahələrdə kök atmış dərin problemləri birdəfəlik yox edə bildiyini görürük. Referendumdan sonra həyata keçiriləcək islahatlar da 2011-ci ildə gücləndirilmiş prosesin tərkib hissəsi olacaq.

MediaFax