Büdcədə 10 milyard dollara yaxın azalma var - Ekspert deyir

"Hökumət 7 ayın yekunlarına görə dövlət büdcəsinin gəlir və xərclərini açıqlayıb. 2016-cı ilin 7 ayında büdcənin gəlirləri 7 milyard manat və ya 4.3 milyard dollar olub”
 
Bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 
 
 

Onun sözlərinə görə, büdcə gəlirləri 2015-ci ilin eyni dövründə 9.4 milyard manat (9 milyard dollar), 2013-2014-cü illərin eyni dövründə isə 11 milyard manatdan (14 milyard dollar) bir qədər çox olmuşdu: 

"2013 və 2014-cü ilin 7 aylıq büdcə gəlirləri ilə müqayisədə manat ifadəsində 4 milyard manat, dollar ifadəsində 10 milyard dollara yaxın azalma var. Büdcə iqtisadiyyatın güzgüsüdür deyimi çox dəqiq ifadədi. İqtisadi durum kifayət qədər gərgindi və büdcənin hazıkı vəziyyəti bunu dəqiq göstərir”./politika.az/

MediaFax