Bu yol yarım ay bağlı qalacaq

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.
 
Bu haqda "Azəravtoyol” ASC-dən saytmıza verilən məlumatda bildirilib.
 
Məlumata görə, bu səbəbdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.

"Azəravtoyol” ASC yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir./modern.az/

MediaFax