Bu yazı hər kəsi qorxuya saldı - Foto

Ağdam sakininin bankomatdan çıxardığı pulun üzərindəki yazı mağaza sahiblərini qorxuya salıb.
 
Rayon sakini bu yazıya "Kapital Bank"a məxsus əməkhaqqı kartı ilə pul çıxararkən əskinasların birinin üzərində rast gəlib.

Pulun üzərinə yazılan "I love Al-Qaeda" yazısı market satıcılarını da qorxuya salıb. Pulun heç bir marketdə qəbul edilmədiyini görən vətəndaş sonda "Kapital Bank"ın Ağdam rayon filialına müraciət edərək onu dəyişdirib./cebhe.info/
 


MediaFax