100 bal toplayan abituriyentlər bu xəbəri oxusun

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər.
 
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
 
Məlumata görə, Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və TQDK tərəfindən Bakı İslam Universitetində təşkil edilmiş dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar.
 
Dini-Psixoloji Komissiya yenidən Bakı İslam Universitetində 15-17 avqust tarixlərində saat 09:00-dan 13:00-a kimi fəaliyyət göstərəcək./modern.az/

MediaFax