Bu qədər bankın olması artıqdır - Deputat

Deputat: "Azərbaycana 15-20 bank kifayətdir”.
 
"Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır”.

 Bunu jurnalistlərə açıqlamasında deputat Vahid Əhmədov deyib.
 
Deputat bildirib ki, hazırda Azərbaycanda 15-20 bankın olması kifayət edir.

V.Əhmədov söyləyib ki, gələn il kommunal xidmət tariflərinin yenidən qaldırılması planda yoxdur:
 
 "Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir. Hansısa kommunal xidmətlərin qiymətinin qaldırılmasını büdcədə müəyyən etməmişik.

Amma bütün bunlar neftin qiymətindən və gedən iqtisadi prosdeslərdən asılı olacaq. Həmçinin, sosial müavinətlərin artırılması da bütün bu proseslərə bağlıdır”./modern.az/

MediaFax