Bu ölkədə çarşaba qadağa qoyulur

Almaniyada çarşab qadağan olunur.

Bu barədə Almaniyanın ən böyük nəşr şirkətlərindən olan "Redaksiyalar şəbəkəsi” məlumat yayıb.

Bildirilir ki, Almaniya Xristian İttifaqı son zamanlar baş verən terror hücumlarının qarşısını almaq məqsədilə bəzi qanunların sərtləşdirilməsini nəzərdə tutan paket hazırlayıb. Paketə polislərinin sayının artırılması, çarşabın qadağan olunması, məscidlərə edilən maddi yardımların izlənilməsi, ikili vətəndaşlığının ləğv olunması daxildir.
 
Sənədə əsasən 2020-ci ilə kimi Almaniyada polislərin sayının 15 min artırılması, polislərin uzun lüləli silahlar və bədən kameraları ilə təmin olunmaları  nəzərdə tutulur. Paketin gələn həftə "Berlin açıqlaması” adı altında son versiyasının hazırlanması gözlənilir./apa.az/

MediaFax