Bu kafe digərlərinə bənzəmir - Foto

Çində ofisiant qızların müştəriləri öz əlləri ilə yedirdiyi kafe açılıb.
 
Kafedə işləyən ofisiant qızlar, müştəriləri fransız bakirə qızların geyindiyi geyimlə qarşılayır.

Çinin şərqində Hanqzhou şəhərində açılan kafeyə "Qız Kafe” adı verilib. Kafe bu xidməti ilə Çində diqqətləri özünə çəkməyi bacarıb. Çinin hər yerindən kişi müştərilər ofisiant qızların əllərindən yemək yeyib kofe içmək üçün kafeyə axın edir.

Universitet məzunu bir gənc tərəfindən açılan kafedə ofisiantların hamısı qız tələbələrdir. Ofisiant qızlar axın edən müştərilərini qapıda rəqs edərək qarşılayıb özəl xidmət göstərirlər.

Kafedə çəkilən şəkillərdə müştərilərin ofisiant qızlar tərəfindən yemək yedirilərkən çox həyəcanlı olduqları görünür./moderator.az/

MediaFax