Bu il dünyasını dəyişən məşhur azərbaycanlılar - SİYAHI

Ölkə.Az 2016-cı ildə dünyasını dəyişmiş məşhur azərbaycanlıların siyahısını təqdim edir.

Xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da 66 yaşında dünyasını dəyişib.

Təhsil nazirinin keçmiş müavini, professor Xalid Əlimirzəyev 30 yanvarda 84 yaşında vəfat edib.

Ondan bir gün sonra isə akademik Cəlal Əliyevin vəfat günüdür. C.Əliyev yanvarın 31-də 87 illik ömrünü başa vurdu.

Fevralın 15-də yazıçı Gülrux Əlibəyli 88 yaşında dünyasını dəyişdi.

Fevralın 6-da yazıçı Vaqif Məmmədov 67 illik ömrünü tamamladı.

Bu ilin 25 fevral tarixi isə xalq artisti İlhamə Quliyevanın bu dünyaya vida etdiyi gün oldu. O, 72 yaşında ürək çatışmazlığından həyatını itirdi.

Rejissor Fikrət Əliyevin vəfat etdiyi tarix 8 marta təsadüf edir.

Məşhur alim Fərman Qasımov martın 27-də 77 yaşında ömrünü başa vurdu.

Ondan iki gün əvvəl isə aşıq Məhəmməd Sadaxlı 85 yaşında vəfat etdi.

23 apreldə professor Əli Əliyev 82 yaşında dünyasını dəyişdi.

4 may 2016-cı il xalq şairi Söhrab Tahirin 89 yaşında vəfat etdiyi gündür.

Xalq yazıçısı Maqsud İbrahimbəyov 11 mayda 81 yaşında vəfat edib.

Məşhur tarixçi Fazil Osmanov 7 iyulda 80 yaşında haqqa qovuşdu.

Avqustun 18-də məşhur kriminal avtoritet Rövşən Lənkəranski (Caniyev) sui-qəsd nəticəsində dünyasını dəyişdi.

31 avqust məşhur bəstəkar Oqtay Zülfüqarovun 87 illik ömrünü başa vurduğu gündür.

16 noyabrda şair Fikrət Sadıq 86 yaşında dünyasını dəyişdi.

Eyni gündə şair Taleh Həmid də 65 yaşında ömür karvanını başa vurdu.

AMEA-nın müxbir üzvü Nizami Süleymanovun vəfat günü dekabrın 2-nə təsadüf edir. Akademikin 71 yaşı var idi.

5 dekabr isə ictimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camalım 69 yaşında vəfat etdiyi gündür.

MediaFax