Bu il bir saniyə gec bitəcək

Beynəlxalq Yerin Fırlanması Xidmətinin (IERS) mütəxəssisləri 2016-cı il 31 dekabrın son dəqiqəsinə bir saniyə əlavə edəcək. 

Əlavə bir saniyə Yerin günəş ətrafında fırlanma sürətinin azalması ilə əlaqədardır və universal saat qurşağının (UTC) uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

Beləliklə, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə saniyələrin ardıcıllığı belə olacaq: 31 dekabr 2016, 23:59:59; 31 dekabr 2016, 23:59:60; 1 yanvar 2017, 0:00:00.

Bu cür əlavə saniyə tətbiq olunması altı aydan bir – iyun və dekabr aylarında baş tutur./trend.az/

MediaFax