Bu heyvan növünün də nəsli kəsildi

ABŞ-ın Atlanta şəhərindəki botanika bağında "Ecnomiohyla rabborum” növündən olan sonuncu qurbağa da keçinib.
 
Suda və quruda yaşayan qurbağanın uzunluğu 62-100 mm arasında olub. Əsasən gecə həyatı sürən və həşəratlarla qidalanan qurbağa yalnız Panamanın 2 vilayətində 900-1500 metr hündürlükdə yaşayıb.
 
Lakin Xitridiomedtsin xəstəliyi "Ecnomiohyla rabborum” qurbağalarının yaşayışına ciddi zərər vuraraq onların kütləvi ölümünə səbəb olmuşdu.
 
2016-cı ildə bu qurbağa növünün "Tafi” ləqəbli sağ qalan yeganə üzvü Atlanta botanika bağında yerləşmişdi. Ötən gün onun ölümü ilə bu növ qurbağaların rəsmən nəsli kəsilib./modern.az/

MediaFax